“35 qəpiklik müğənni” Elza və Nazpəri arasında növbəti dava


Şou-biznes 02 Mar 2019 19:06:00 458 0

“35 qəpiklik müğənni”  Elza və Nazpəri arasında növbəti dava

Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal daha da qızışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Seyidacahanın Nazpərinin tələbəsi Aygünə "Onu səhnədə görə bilməsək də, mağar toylarında görə biləcəyik. Atmacalarla danışan insanın səhnədə sonu olmaz. Yerini bilsin" deməsi Dostəliyevanı özündən çıxarıb.

"Toyxanalar deyirlər, amma toydan ötrü özlərini öldürürlər. Menyulara düşüblər, yazıqların qiyməti 35 qəpiyə olub. Restoranlarda 30 qəpik salat, 35 qəpik filan müğənnidir. Gülməli danışırlar. İnsan gülməkdən içi gedir. Adam bir özünə, qoyduğu yoluna baxar" deyə, Nazpəri Elzaya deyib.

Seyidcahan "Qoyduğum yol buradadır. Not bilməyən xalq artisti burada əyləşib" deyərək, Dostəliyevanın sözünü kəsib.