Bu yüklər Azərbaycandan daşınacaq


Dünya 02 Mar 2019 18:57:00 188 0

Bu yüklər Azərbaycandan daşınacaq

Hindistandan İranın Bəndər-Abbas limanına daxil olan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xatəmi deyib.

O bildirib ki, bir neçə gündən sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara veriləcək. İran və Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.