Güneyli deputatlar etiraza qalxdı:


Dünya 02 Mar 2019 18:34:00 206 0

Güneyli deputatlar etiraza qalxdı:

İran Dağlıq Qarabağla bağlı rəsmi siyasətini dəfələrlə elan edib, Ermənistan bu bölgəni tərk etməlidir. İnqilab rəhbəri bu barədə bildirib ki, "Dağlıq Qarabağ islam torpağıdır", İran İslam Cümhuriyyətinin rəsmi siyasəti də bundan ibarətdir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Culfa və Mərəndin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır və Son" sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib. O, görüş zamanı diplomatik qaydalara sığmayan yalan iddiaların qaldırılmasına kəskin etiraz edib:

"Bu məsələ etnik məsələsi deyil. Müsəlmana dəstək vermək Quran ayələrinə görə bütün müsəlmanlara vacibdir. Təbbi ki, bunun da bir üsulu var və ölkələrin ərazi bütövlüyü əsas götürülməlidir. Bizim inqilabımız islam inqilabıdır, Tehranda müsəlman bir ölkənin ərazi bütövlüyünə qarşı çıxış etmək qəbuledilməzdir. Bu hadisənin Xocalı qətliamının ildönümündə baş verməsi daha çox qəbahət sayılır və bağışlanmaz haldır".

Məsələyə münasibət bildirən Təbrizin millət vəkili Məsud Pezeşkian xarici ölkənin baş nazirinin yerlilərlə mitinq keçirməsinin sual doğurduğunu qeyd edib:

"İranın rəsmi siyasəti qonşu ölkələrin daxili işinə qatılmamaqdan ibarət olsa da, heç zaman bir ölkənin işğala məruz qalması ilə razılaşmır. İran erməniləri bizim vətəndaşlarımızdır. Lakin bir xarici ölkənin baş nazirinin bizim yerlilərimizlə mitinq keçirməsi və işğalçılığa haqq qazandıran şüarların səsləndirilməsi böyük sual doğurur.