Problemli kreditlərlə bağlı kompensasiyaları almaq üçün nə etməli?


Digərləri 02 Mar 2019 18:04:00 220 0

Problemli kreditlərlə bağlı kompensasiyaları almaq üçün nə etməli?

Problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bir çox suallar yaranıb. 

Son.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn və bu məsələ ətrafında ən çox verilən beş sualı "Facebook" hesabında cavablayıb.

"1. Kompensasiya kredit xəttinə, yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq? 

Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər üçün bir sıra hallarda kompensasiya əldə etmək imkanı yaradır. Sənədə əsasən, kompensasiya məbləği hesablanan zaman kredit xətti deyil, əsas məbləğ üzrə kredit qalığı əsas götürüləcək. Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb və 2015-ci il fevralın 21-dək əsas məbləğin 2 min dollarını ödəyib.

Yəni onun birinci devalvasiya baş verən zaman əsas məbləğ üzrə borcu 10 min dollar olub. Birinci devalvasiya baş verən zaman onun 12 min dollarlıq kredit xətti üzrə əsas qalıq məbləği 10 min dollaradək azaldığı üçün o kompensasiya ala biləcək.

Bu isə o deməkdir ki, vətəndaşımızın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq, devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq.

2. 10 min dollardan artıq kredit xətttinin birinci deyil, ikinci devalvasiya zamanı əsas məbləğ üzrə qalığı 10 min dollaradək azalıbsa, həmin kreditə kompensasiya ödəniləcəkmi? 

Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb. Onun krediti üzrə əsas məbləği 2015-ci ilin fevralın 21-dək, yəni birinci devalvasiya baş verənədək, 11 min dollaradək azalıb (yəni 10 min dollardan çox olub), həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya baş verənədək, 10 min dollaradək azalıb.

Bu halda həmin kreditə də kompensasiya hesablanacaq və ikinci devalvasiyayadək əsas məbləğ üzrə qalıq borc 10 min dollar olduğu üçün ödəniş ediləcək.