Məhəmməd Asif Nur: Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər


Digərləri 02 Mar 2019 17:56:40 172 0

Məhəmməd Asif Nur: Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər

Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər

Bakı. Mətanət Nəsibova - Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər. Bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib: O xatırldadıb ki, Azərbaycan müstəqillik qazananda Pakistan Türkiyədən sonra bu ölkəni tanıyan ikinci dövlət, o cümlədən Xocalı soyqırımını kəskin pisləyən qətnaməni qəbul edən birinci ölkə olub: “Biz Ermənistanı qətiyyətlə BMT Təhlükəsizlik Şurasının qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməyə çağırırıq”. Politoloq əlavə edib ki, Pakistan bundan sonra da Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini, Azərbaycanın milli maraqlarını, ərazi bütövlüyünün bərpasını və sərhədlərinin toxunulmazlığını dəstəkləməyə davam edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin