Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri genişləndiriləcək


Digərləri 02 Mar 2019 17:17:15 180 0

Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri genişləndiriləcək

Ötən il ərzində Mərkəz əliliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib.

Bakı. Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri genişləndiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 23 fevral 2019-cu il tarixli Fərmanı ilə ƏƏSMN-nin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb.