Nazir təhsilin gələcəyindən danışdı


Digərləri 02 Mar 2019 16:57:00 181 0

Nazir təhsilin gələcəyindən danışdı

Təhsil naziri Ceyhun Bayramov gələcək üçün əsas prioritetlərini açıqlayıb.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

C.Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib. 

O bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir.