12 yaşlı oğlanı otlaq sahəsində zorlayıb video çəkdilər, şantaj etdilər


Kriminal 02 Mar 2019 16:49:00 324 0

12 yaşlı oğlanı otlaq sahəsində zorlayıb video çəkdilər, şantaj etdilər

Samux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Həsənov Murad Həsən oğlu Ali Məhkəməyə şikayət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə baxılaçaq.

Beləki hadisə 2015-ci ilin iyun ayında Samux rayonunda baş verib. Sənan Bağırov həbs olunana kimi Gəncə şəhəri, 2 saylı peşə liseyinin şagirdi olub. O, 2005-ci il təvəllüdlü Sadiq Səlimova (ad və soyad şərti verilib - red.) təcavüz edib.

Həmin gün saat 18 radələrində Sadiq Səlimov Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanlarıni otarırmış.

Bu zaman ora Sənan Bağırov gəlib. O, Sadiq Səlimova cinsi əlaqədə olmağı təklif edib. Lakin 12 yaşlı oğlan Sənan Bağırovun bu təklifini rədd edib.

Sənan Bağırov Sadiq Səlimovu yerə yıxaraq döyüb və daha sonra onun əllərini saman kəndiri ilə bağlayıb. Onu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.

Orada Sənan Bağırov Sadiqin köməksiz vəziyyətindən istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Sənan Bağırov Sadiq Səlimova etdiyi zorakılıq hərəkətlərini videoya çəkib. Həmin video çəkilişi "Vatsap" vasitəsilə Murad Həsənova göndərib.

Murad Həsənov da həmin çəkilişi Sadiq Səlimova göstərib və onunla da cinsi əlaqədə olmayacağı təqdirdə həmin video çəkilişi sosial şəbəkələrdə yayacağı ilə hədələyib.