İlkin Həsəni 300 minlik film çəkdi


Şou-biznes 02 Mar 2019 15:54:00 519 0

İlkin Həsəni 300 minlik film çəkdi

Dünən Nizami Kino Mərkəzində "Bozbash pictures" komandasının "İLK Media" və "Cinemazadeh" istehsalı ilə ərsəyə gətirdiyi "Bombaltı" filminin təqdimat mərasimi baş tutub.

Son.az Publika.az-a istinadən xəbər verir ki, komediya-macəra və döyüş janrında çəkilən filmin quruluşçu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur. 90 dəqiqəlik ekran işinin ssenarisi isə Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynova aiddir.

İlkin Həsəni açıqlamasında bildirib ki, ekran işi çox baha başa gəlib: "Bütün pulumuzu filmə yatırmışıq. Çox bahalı komediyadır. Təxminən 300 min manatdan çox pul xərclənib. Əgər bu ilin sonuna qədər heç kəs bizdən bahalı film çəkməsə, "Bombaltı"nı ilin ən bahalı filmi adlandırmaq olar. Həqiqətən çox möhtəşəm bir iş alınıb".

Adından da göründüyü kimi partlayışdan bəhs edən "Bombaltı" filminin çəkilişləri Mingəçevirdə baş tutub. İlkin Həsəninin "Yayda Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən partlayışdan sonra belə bir film çəkməyə qərar verdiniz" sualına cavabı belə olub:

"Əslində yayda baş verən Mingəçevir hadisələri ilə üst-üstə düşdü. Ssenari müəllifləri ssenaridə bölgə olaraq Mingəçeviri yazmışdı. Hər kəsdə bir sual yarandı ki, görəsən dövlət qurumları orada çəkilişə icazə verəcək, ya yox? FHN başda olmaqla digər dövlət qurumları bizim üçün hər bir şəraiti yaratdılar, sağ olsunlar. Biz bu günə qədər heç kimin etmədiyini etdik. Mingəçevir Su Anbarının ən təhlükəli yerində çəkiliş etdik".

O, "Bozbash pictures" üzvlərinin ayrı-ayrılıqda filmə çəkilməsinə də münasibət bildirib: