Maşının mühərrikini qızdırmaq vacibdirmi?


Digərləri 02 Mar 2019 15:59:00 216 0

Maşının mühərrikini qızdırmaq vacibdirmi?

Avtomobili hərəkətə gətirmədən öncə mühərriki qızdırmaq məsələsi illərdir sürücüləri narahat edir. Bəzi sürücülər bunun vacibliyini qeyd etsə də, bir çoxu heç bir əhəmiyyətinin olmadığını hesab edir.

Son.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir avtomobili 10-15 dəqiqə qızdırmağa heç bir ehtiyac yoxdur. 30-40 saniyə bunun üçün kifayət edir:

"Mütəxəssislərin fikrincə, 30-40 saniyə, maksimum isə 1 dəqiqə kifayət edir ki, mühərrik işə salınandan sonra avtomobil hərəkət etsin. Mühərriki yerində qızdırmaq ona görə zərərlidir ki, bu zaman ancaq mühərrik özü qızır, digər detallar isə qalır. Bu səbəbdən mütəxəssislər hesab edir ki, mühərriki işə salıb 1 dəqiqəyə qədər gözləyib daha sonra hərəkətə başladıqda bütün detallar eyni vaxtda isinir, eyni vaxtda qızır. Bu, daha təhlükəsiz hesab edilir və avtomobilin ömrünü uzadır.

Müasir mühərrikləri boş yerə işlətməyə ehtiyac yoxdur. Avtomobilqayırma mütəxəssisləri də həmişə bildirir ki, yeni maşınları soyuq havada 30 saniyədən çox qızdırmaq lazım deyil, çünki onlar hərəkət zamanı daha tez qızırlar.

Ancaq Rusiya istehsalı olan maşınların qızdırılmadan sürülməsi məsləhət deyil. Hiss olunacaq ciddi problemlər yaranır bu zaman avtomobildə".

E.Muradlı bildirib ki, bu məsələdə avtomobillərə spesifik yanaşma tələb edilir. Çünki hər avtomobilə görə qayda dəyişə bilər: