Əsəd rejimi kimyəvi silahdan istifadə edib


Dünya 02 Mar 2019 15:49:00 213 0

Əsəd rejimi kimyəvi silahdan istifadə edib

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ötən il aprelin 7-də Suriyanın Şərqi Quta əyalətinin Duma rayonunda Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı hazırlanan hesabatda bildirilir. Hesabatda şahidlərin ifadələri və əsaslı faktlar yer alıb. Sənəd BMT-nin Təhlükəsizlik Şurasına təqdim olunub. Məsələ ilə bağlı yaxın zamanlarda brifinq keçiriləcəyi bildirilib.