TrampKim Çen görüşünün fiaskosunun


Dünya 02 Mar 2019 15:29:00 259 0

TrampKim Çen görüşünün fiaskosunun

Şimali Koreya ilə ABŞ-ın siyasi oyunu sözün əsl mənasında şounu xatırladırdı.

Son.az bildirir ki, bu sözləri Axar.az-a ABŞ və Şimali Koreya liderləri arasındakı görüşün nəticəsiz bitməsi ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. Politoloq görüşün nəticəsiz bitməsindən təəccüblənmədiyini deyib:

" Çünki burada əməlli-başlı ictimai fikri yayındırmaq, siyasi xal qazanmaq, eləcə də açıq-aşkar görünən boşluqları saxta məzmunla doldurmaq cəhdləri özünü büruzə verirdi. Birincisi, əlbəttə ki, iki düşmən dövlətin təmas qurması təqdirəlayiqdir. Biri var hər iki düşmən məqam düşən kimi bir-birinə məhvedici zərbəyə hərbi hazırlıqlar görsün, biri də var ki, gərginlik bir qədər yumşalsın. Trampa qədər Obama da Kuba ilə bənzər oyunu oynadı, səfirliklər açıldı, ABŞ-ın bayrağı Havanada, Kubanın bayrağı isə Vaşinqtonda qalxdı. Buna baxmayaraq, heç nə dəyişmədi, düşmənçilik hələ davam edir və sanksiyalar öz qüvvəsini saxlayır. Obamanın ardınca isə Tramp Yaxın Şərq problemini çözməyə cəhd etdi. Çünki regionda ziddiyyətlər var və əsas məsuliyyət ABŞ-ın diplomatiyasının üzərindədir. Tramp buna görə İranla nüvə proqramına dair sazişdən çıxdı və Tehranla danışıqlara hazır olduğunu bildirdi. Ancaq İran belə bir təşəbbüsə qol qoymadı. Fikir verin, ABŞ indi də Şimali Koreyanın planlarına çox orijinal bir yolla müdaxilə etməyə, bu ölkəni Çinin təsirindən çıxarmağa çalışır. Bu, çoxgedişli bir oyundur və bu oyun Şimali Koreya rejiminin məhvini, iki Koreyanın birləşməsini Vaşinqtonun siyasi uğurlar siyahısına daxil etməyi hədəfləyir".

Politoloq vurğulayıb ki, ABŞ-ın Şimali Koreyanı boş vədlərlə yolundan azdırmaq, fərqli bir istiqamətdən tələyə salmaq cəhdləri əsla baş tutmayacaq: