Xəzər rayonunda “Kənddən şəhərə” bayram yarmarkası keçirilir (FOTO)


Digərləri 02 Mar 2019 14:13:00 212 0

Xəzər rayonunda “Kənddən şəhərə” bayram yarmarkası keçirilir (FOTO)

Mərdəkan qəsəbəsində “Kənddən şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Bakı. “Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Kənd Təsərrufatı Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kənddən şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, (köhnə avtovağzalda) keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov satış yarmarkasının işi ilə tanış olublar.