Şimali Koreya liderinin Vyetnam səfəri başa çatdı


Dünya 02 Mar 2019 13:24:00 243 0

Şimali Koreya liderinin Vyetnam səfəri başa çatdı

Şimalİ Koreya lideri Kim Çen Inın Vyetnama səfəri başa çatıb.

Son.az bildirir ki, bu haqda modern.az xarici KİV-ə istinadən xəbər verir.

Kim Çen In martın 2-də səhər saatlarında Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini, Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini ziyarət etdikdən sonra avtomobil karvanı ilə Donq Danq şəhərindəki dəmir yolu vağzalına yola düşüb.

Onu aparan zirehli qatar Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq stansiyasını yerli vaxtla 12:40-da tərk edib.