“Zeynəb, camaatın dərdi var, onlara qulaq asmaq lazımdır”


Digərləri 02 Mar 2019 12:57:00 369 0

“Zeynəb, camaatın dərdi var, onlara qulaq asmaq lazımdır”

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına münasibət bildirib. 

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur pianoçu müğənninin "Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın" - deməsinə belə reaksiya verib:

"Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir.