Sabah Bakıda güclü külək əsəcək, rayonlarda qar yağacaq


Digərləri 02 Mar 2019 12:56:00 237 0

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 8-10° isti təşkil edəcək. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.