Maskalı şəxs evə basqın etdi, yaşlı ər və arvada xəsarət yetirdi


Kriminal 02 Mar 2019 12:34:00 369 0

Maskalı şəxs evə basqın etdi, yaşlı ər və arvada xəsarət yetirdi

Lerik rayonunda evə basqın edən maskalı şəxs ər və arvada xəsarət yetirib.

Son.az Report-a istinadən bildirir ki, hadisə martın 1-dən 2-nə keçən gecə rayonun ucqar Sors kəndində baş verib.

Hadisənin şahidi 73 yaşlı Natiqə Heybət qızı Əliyevanın sözlərinə görə, gecə saat üç radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib. Ayağa durmaq istəyərkən üzündə maska olan şəxs ona hücum çəkərək əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib. Lakin, o, səs-küy saldığından naməlum şəxs N.Əliyevanın sifət nahiyəsinə ağır xəsarət yetirib və o, huşunu itirib. Bundan sonra evə soxulan şəxs və ya şəxslər yan otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahiyəsinə küt alətlə zərbələr endiriblər.

Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib. Eyni zamanda əlildir.