Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun


Digərləri 02 Mar 2019 12:19:00 503 0

Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun

Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib.

Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib.

Əskinasın saxta olduğunu növbə rəisi, Abşeron rayon sakini Alastan Nəbiyev müəyyənləşdirib. O, baş verən hadisə ilə bağlı polisə məlumat verib.