"Google"un 22 yaşlı mühəndisinin ölüm səbəbi açıqlandı


Dünya 02 Mar 2019 11:54:00 236 0

"Google"un 22 yaşlı mühəndisinin ölüm səbəbi açıqlandı

"Google"un proqram mühəndisinin ölüm səbəbi açıqlanıb.

Son.az nypost-a istinadla xəbər verir ki, "Google"un Çelsidəki ofisində işləyən 22 yaşlı Scott Krulcik huşsuz vəziyyətdə ofisindən tapılıb.

Polis mənbələrindən əldə olunan məlumata görə, ötən ilin dekabr ayının 7-də 8-ci küçədə yerləşən ofisin 6-cı mərtəbəsinə qalxan mühafizəçi proqram mühəndisini huşsuz vəziyyətdə görüb. O, hadisə yerinə həkim və polis çağırıb. Scott-un öldüyü təsdiqlənib.


Xəbərə aid foto