UEG Texniki Komitəsinin nümayəndəsi: "Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir"


Digərləri 02 Mar 2019 11:59:00 468 0

UEG Texniki Komitəsinin nümayəndəsi: "Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir"

Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Dominik Müller-Lot Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq yarışlara hazırlıq üzrə fəaliyyətini yüksək qiymətləndirib.

Son.az bildirir ki, o, Trend-ə müsahibəsində AGF-nin qüsursuz işlədiyini bildirib. 

"Biz hər bir müraciətimizə ləngimədən cavab alırıq. AGF beynəlxalq yarışları çox gözəl təşkil edir, bütün detalları nəzərə alır, idmançılara və nümayəndə heyətlərinə nə lazım olduğunu dəqiq bilir".

D.Müller-Lot bildirib ki, Bakıda dəfələrlə yarışlarda olub və bu yarışlar hər zaman yüksək səviyyədə təşkil olunub: