"Qızıl Məryəm"i öldürən qızının şikayəti təmin edilmədi


Kriminal 02 Mar 2019 11:34:00 384 0

"Qızıl Məryəm"i öldürən qızının şikayəti təmin edilmədi

Ali Məhkəmədə anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onun tanışı Ceyhun Əsgərovbarələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən bildirir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı il yanvarın 5-də hüquq-mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitini aşkar ediblər.