UEG Texniki Komitəsinin nümayəndəsi: Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir


Digərləri 02 Mar 2019 11:33:48 319 0

UEG Texniki Komitəsinin nümayəndəsi: Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir

Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Dominik Müller-Lot Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq yarışlara hazırlıq üzrə fəaliyyətini yüksək qiymətləndirib

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Dominik Müller-Lot Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq yarışlara hazırlıq üzrə fəaliyyətini yüksək qiymətləndirib. O Trend-ə müsahibəsində bildirib ki, AGF qüsursuz işləyir: “Biz hər bir müraciətimizə ləngimədən cavab alırıq. AGF beynəlxalq yarışları çox gözəl təşkil edir, bütün detalları nəzərə alır, idmançılara və nümayəndə heyətlərinə nə lazım olduğunu dəqiq bilir”.