Zeynal Nağdəliyev: "Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən Novruz yarmarkalarında elə məhsullar var ki, qiyməti iki dəfədən çox aşağıdır"


Digərləri 02 Mar 2019 10:42:00 334 0

Zeynal Nağdəliyev: "Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən Novruz yarmarkalarında elə məhsullar var ki, qiyməti iki dəfədən çox aşağıdır"

Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkili Prezident İlham Əliyevin birbaşa tapşırığıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev qeyd edib ki, Prezident İlham Əliyev bu gündən Novruz bayramı ilə bağlı belə yarmarkaların hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün olmaq şərtilə təşkil olunmasını tapşırıb.