Deputat və icra başçılarının də kredit borcları var? AÇIQLAMA


Digərləri 02 Mar 2019 10:29:00 351 0

Deputat və icra başçılarının də kredit borcları var?  AÇIQLAMA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda 10 min dollara qədər olan kreditlərin problemləri həll edildi.

Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər və kimlərin gecikmiş krediti var?

Son.az bizimyol.info-ya istinadən millət vəkillərinin və ictimai şəxslərin bu suala cavablarını təqdim edir:

Millət vəkili Fəzail İbrahimli: "Bir neçə dəfə kredit götürmüşəm, vaxtında da qaytarmışam. Dollar krediti olmayıb, manatla olub onu da vaxtında qaytarmışam".

Deputat, komitə sədri Aqiyə Naxçıvanlı: "Heç vaxt banka müraciət etməmişik, nə özüm nə dəki ailəm müraciət etməyib. Banka pul qoymuşuq, ancaq bankdan pul götürməmişik".

Deputat Cavid Osmanov: "Bəli manatla da olub, dollarla da olub götürmüşəm vaxtında da qaytarmışam.Mən biznesmen deyiləm. Ona görə də o qədər də böyük məbləğ olmayıb".