Şəkidə reyd: 80 avtomobil saxlanılıb, 20 sürücü barəsində protokol tərtib olunub (FOTO)


Digərləri 02 Mar 2019 09:36:38 288 0

Şəkidə reyd: 80 avtomobil saxlanılıb, 20 sürücü barəsində protokol tərtib olunub (FOTO)

80 avtomobil saxlanılıb, 20 sürücü barəsində protokol tərtib olunub.

Bakı. Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanuna uyğun müvafiq tədbirlər görülüb.