Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində silahla saxlanılıb


Digərləri 02 Mar 2019 08:48:00 318 0

Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində silahla saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və iki patron aşkarlanaraq götürülüb.