Meksikada 74 miqrant cinayətkarların əlindən xilas edilib


Dünya 02 Mar 2019 08:36:00 340 0

Meksikada 74 miqrant cinayətkarların əlindən xilas edilib

Meksikanın Nuevo-Leon ştatında Mərkəzi Amerika ölkələrindən olan 74 miqrant cinayətkarların əlindən xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, miqrantlar qeyri-qanuni olaraq Apodaka bələdiyyəsində yerləşən evlərdən birində tutulurmuşlar. Onların evdə tutulması barədə hüquq-mühafizə orqanlarına naməlum şəxs xəbər verib.