Yaponiyadakı məbədlərin birində buddist robot istifadəyə verildi


Digərləri 02 Mar 2019 08:21:00 307 0

Yaponiyadakı məbədlərin birində buddist robot istifadəyə verildi

Yaponiyanın ənənələrinə bağlılığıyla bilinən Kyoto şəhərində 400 illik bir məbədə gənc şagirdlərə tövsiyələr vermək üçün bir robota verildi.

Son.az chip.az-a istinadən bildirir ki, 400 illik bir buddist məbədində Buddanın təlimlərini gənc nəsillə paylaşma vəzifəsi bir robota aiddir. Kyoto məbədindəki robotun adı Kannon-dur.

Android Kannon ənənəvi Buddist mərhəmət tanrısı simasında yaradılıb. Şənbə günü Kodaiji məbədində ilk xütbəni səsləndirən robot mart ayında xalqa açıq çəkildə səsləndirməyə başlayacaq.

900.000 (doqquz yüz min) dollardan çox büdcəyə ərsəyə gələn robot Zen məbədinin və Osaka Universitetindən ağıllı robotlar professoru Hiroshi Ishiguro-nun ortaq çalışmasıdır.

Rahib Tensho Goto bu robot sayəsində budda təliminin müasir insanlara daha rahat formada çatdırılmasınayardımçı olacağını vurğulayıb.