Gəncədə heroin satan Biləsuvar sakini saxlanılıb


Digərləri 02 Mar 2019 08:28:00 286 0

Gəncədə heroin satan Biləsuvar sakini saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen selofana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan "heroin" aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı N.Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.