Gürcüstan da “qara ciplər”ə savaş açdı


Digərləri 02 Mar 2019 07:45:00 344 0

Gürcüstan da “qara ciplər”ə savaş açdı

Gürcüstan hökuməti ötən ilin aprelində dövlət orqanlarına qara rəngdə olan avtomobillərin alınmasını qadağan etmişdi. Ötən il Gürcüstanın baş naziri bunu qara rəngin insanları qıcıqlandırması və ekoloji təmiz avtomobillərə keçmənin vacibliyi ilə əlaqələndirmişdi.

Son.az oxu.az-a istinadən bildirir ki, hökumət artıq "qara ciplər"lə bağlı qərarın icrasına başlayır. Sputnik-Gürcüstanın məlumatına görə, 180 ədəd "Pikap" markalı avtomobil almaq üçün tender elan olunub.

Hökumət avtomobil parklarında olan qara rəngdə avtomobillərin sayının azaldılması üçün 12 milyon 195 min lari (4,6 milyon dollar) nəzərdə tutub. Qadağa yerli idarəetmə orqanlarının avtomobillərinə də şamil olunub.