Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıb, pilot həlak olub


Dünya 02 Mar 2019 08:02:00 328 0

Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıb, pilot həlak olub

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) yüngülmotorlu təyyarə çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

Məlumata əsasən, təyyarə binanın 16 və 17-ci mərtəbələrinin arasına çırpılıb. Daha sonra təyyarə remont işlərinin aparıldığı terasa düşüb.