Bərdə Rayon Doğum Evində 4 körpənin ölümünə


Digərləri 02 Mar 2019 08:04:00 279 0

Bərdə Rayon Doğum Evində 4 körpənin ölümünə

Martın 1-də Bərdə Rayon Doğum Evində dünyasını dəyişən 4 uşaq ana bətnində ölü olub.

Son.az "Report"a istinadən bildirir ki, bunu Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva bildirib.

Baş həkimin sözlərinə görə, xəstəxanaya yerləşdirilən zaman körpələrin anaları ultrasəs müayinəsindən keçiblər və uşaqların döldə ölmüş vəziyyətdə olduğu müəyyən edilib. O bildirib ki, qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

R.Mustafayeva qeyd edib ki, Bərdə Rayon Doğum Evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir. Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.