Yardımlıda heyvanlar arasında xəstəliklərə qarşı peyvəndləmə aparılır


Digərləri 02 Mar 2019 08:08:00 408 0

Yardımlıda heyvanlar arasında xəstəliklərə qarşı peyvəndləmə aparılır

Yardımlı rayonunda kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Son.az-a verilən məlumata görə, bu ilin tədbirləri başlayandan indiyə kimi 12 sahə baytarlıq məntəqəsi vasitəsilə Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Nurəddin Abazaliyevə məxsus "Mehdi kəndli (fermer) təsərrüfatında 60 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 28 522 baş iribuynuzlu, 3 524 baş təkdırnaqlı heyvanda qarayara, 26 500 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 2 889 baş sahibli itdə quduzluq, 10 min baş körpə cücədə ("Las-sota" ştammı ilə) və 27 500 baş ev quşunda ("H" ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin 2 800 baş iribuynuzlu heyvan vərəmə, 1 600 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinəyə cəlb olunub, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 1 750 kvadratmetr sahədə dezinfeksiya işi görülüb.

Artıq Yardımlı rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bu tədbir rayonda olan 1 850 baş iribuynuzlu və 2 200 baş xırdabuynuzlu heyvanda aparılıb. Tədbirlər davam etdirilir.

Ümumiyyətlə, Yardımlı rayonunun ərazisində 28 537 baş iribuynuzlu, 87 552 baş xırdabuynuzlu, 2 403 baş təkdırnaqlı, 3 073 baş it, 126 356 baş ev quşu və 4 920 arı ailəsi mövcuddur.