Beynəlxalq rouminqdən gəlirlər artacaq


Digərləri 02 Mar 2019 07:11:00 307 0

Beynəlxalq rouminqdən gəlirlər artacaq

Mobil rabitə operatorlarının beynəlxalq rouminq xidmətindən gəlirlərində 2017-ci ildə Avropada "Roam Like At Home" (RLAH) qaydasının tətbiqi nəticəsində kəskin azalmadan sonra cüzi artım bərpa olunacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, bu yenilik Avropa operatorlarını tariflərə abunəçilərə Avropa İttifaqı hüdudlarında beynəlxalq rouminqdən əlavə ödənişsiz istifadə etməyə imkan verən xidmətlər paketini əlavə etməyə məcbur edib. "RLAH" qaydasının tətbiqi səbəbindən Avropa operatorları rouminq gəlirlərinin 46 faizini itirsələr də, bunu yaxın illərdə kompensasiya edə biləcəklər.   

"Juniper Research" analitik şirkətinin proqnozlarına görə, yaxın dörd ildə operatorların beynəlxalq rouminqdən gəlirlərində cüzi artım olacaq və 51 milyard dollara bərabər olmaqla mobil rabitə operatorlarının ümumi mədaxilinin 6 faizini təşkil edəcək. Ekspertlərin fikrincə, bazarda əsas artımı "limitsiz" rouminq tarifləri və rouminqdə mobil internet təmin edəcək.