Azərbaycan nefti ucuzlaşıb


Digərləri 01 Mar 2019 23:33:00 307 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 67,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,35 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.