Əks cins və valideynlərlə problemlər bu xəstəliyi yaradır Məşhur psixoterapevt AÇIQLADI


Digərləri 01 Mar 2019 23:21:00 345 0

Əks cins və valideynlərlə problemlər bu xəstəliyi yaradır  Məşhur psixoterapevt AÇIQLADI

Belarusda Respublika Elmi Praktik Mərkəzinin psixoterapiya və psixi sağlamlıq şöbəsinin aparıcı elmi işçisi İnessa Qriqoryeva bəzi xəstəliklərin birbaşa psixoloji vəziyyətlə bağlı olduğunu deyib. Son.az bildirir ki, onun sözlərinə görə, psixiki problemlərin uzun müddət davam etməsi nəticəsində yaranan xəstəliklər çətin müalicə edilir.

İnessa Qriqoryeva əmindir ki, bu gün mütəxəssis köməyinə ehtiyacı olan bir çox insan psixoterapevtə müraciət etməkdən çəkinir. Nəticədə onlarda psixisomatik xəstəlik inkişaf edir və həyatın keyfiyyəti pisləşir.

- Psixisomatik xəstəliklərdən əziyyət çəkən insanlar çoxdur?

- Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, psixoterapevt yanına gələn xəstələrin təxminən 38-40 % psixisomatik xəstəliklərdən əziyyət çəkir.

- Psixisomatik xəstəlikləri necə müayinə edirsiniz?

- İlk növbədə xəstəni dinləyirik. O, hər hansı xəstəlikdən uzun müddət müalicə aldığını, lakin heç bir nəticə vermədiyini deyir. Xəstə terapevtə gəlir, onu müayinə edirlər. Həkim ona protokol üzrə preparatlar təyin edir. Lakin bir müddət sonra xəstə yenidən eyni şikayətlərlə qayıdır.

- Hansı xəstəliklər daha çox psixisomatik ola bilər?

- Belə xəstəliklərin yeddi Çikaqo növü var. Buraya arterial hipertenziya, bronxial astma, mədə yarası, yara koliti, neyrodermatit, ürəyin işemik xəstəliyi, tirotoksikoz (tiroid hormonlarının həddən artıq formalaşması ilə bağlı sindrom ) daxildir. İndi bu bu yeddi xəstəliyə psixisomatik hesab olunan əlavə və digər xəstəliklər əlavə olunub. Bunlar allergiya, bulimiya və anoreksiya, hətta onkoloji proseslərdir. Psixoonkologiya son illərdə geniş inkişaf edib.

- Xəstənin yarım il arteriya hipertoniyası olduğunu görürsə və təzyiq düşmürsə, lakin analizlər yaxşıdırsa, terapevt bu zaman nə edə bilər?

- Onu psixoterapevtə yönləndirirlər. Xəstələrin doldurması üçün xüsusi sorğu vərəqələri və cədvəllər var. Məsələn, həyəcanın və depressiyanın cədvəlini doldurmaq üçün xəstənin ancaq 2, həkimin isə onun cavablarını izah etmək üçün 1,5 dəqiqəsi var.

Mənim doktorluq işim tiroid xərçəngi olan xəstələrin psixoterapiyasına aid idi. Bu gün deyirlər ki, bu da psixosomatik ola bilər. Halbuki, biz onda bunun radiasiya ilə bağlı olduğunu düşünürdük.

Tiroid vəzi stressə dərhal reaksiya verən bir nömrəli orqandır. O, "qalxan" kimidir. Əgər o, stressin öhdəsindən gəlirsə, insanda adaptiv cavab aktivləşdirilir və o yüngəlləşir. Əgər tiriod vəzi bacarmırsa, bu orqanda xroniki gərginlik meydana gəlir. Bədənin funksiyası pozulur.

Bəzən də olur ki, xroniki ağrıları ilə müraciət edən xəstələrdə heç bir xəstəlik aşkarlanmır. O, ağrı hiss edir. İpoxondriklər xəstə olduğunu düşünsə də, əslində heç nə yoxdur. Onlardan ağrıların stress yüklənmələri ilə bağlı olduğunu və nə vaxt meydana çıxdığını soruşuram. Onlar isə deyir ki, baş ağrılarını səhər yuxudan duranda hiss edir. Amma müayinələr vaxtı heç nə aşkarlanmır.

Sonra məlum olur ki, nə vaxtsa iclasda ona hər kəsin yanında töhmət verilib, bu informasiya onun üçün psixotravmaya çevrilib və dolayısı ilə baş xəstələnib. Nəticədə baş ağrısı stabil hal almağa başlayıb. Mənfi məlumatlar baş ağrısı ilə əlaqələndirilir. Bu xəstə üzərində çalışmağa başlayanda məlum oldu ki, ilk psixotravması uşaqlıqda baş verib. Atası uşaq vaxtı ona hər kəsin qarşısında qəzəblənib. Hadisənin təsirindən çıxa bilməyən uşaq çox kədərlənib. Bundan sonra xəstələnməyib. Amma iclasdakı hadisə ona daha şiddətli təsir göstərib və baş ağrısı meydana gəlib.

Bu hadisədən sonra o, iclaslarda iştirak etməkdən imtina edib, onun əvəzinə başqa işçilər gedib və orada nə baş verdiyini gəlib ona danışıb. Bu xəstə özü də bilmədən başqalarından lazımi məlumatı əldə etmək üçün baş ağrsından manipulyasiya aləti kimi istifadə etməyə başlayıb.

Bəzən də elə xəstələr gəlir ki, onları sağaltdığın üçün səndən narazı gedirlər. Bir dəfə 10 barmağında ekzama problemi olan bir qadın gəlmişdi. O, ev işlərini adətən əlcəklə yerinə yetirib, amma ev təmizliyi ilə daha çox əri və uşaqları məşğul olub.

Akupunktur və psixoterapiyanın bir neçə seansından sonra qadının əlləri təmizlənib sağaldı. O dedi ki, bundan sonra evin bütün işlərini özü görməli olacaq... Cavabdan anladım ki, bu ağrı onun üçün ikinci dərəcəli hal alıb.

- Həqiqətən də bütün xəstəliklərin səbəbinin sinir sistemi ilə bağlı olduğu doğrudur?

- Bədəndə hər şey ruha tabedir və bütün orqanlar bir-birinə bağlıdır. Məsələn, barmağınız harasa bərk dəysə, beyinə siqnallar ötürülür və siz bunu hiss edirsiniz. Psixoterapiya bütov yanaşmaya söykənir. İndi hətta yeni istiqamət var - biopsixososial yanaşma. Bu da onu göstərir ki, insanda hər şey vahiddir. Və əlbəttə ki, bütün xəstəliklər psixi proseslərlə əlaqəlidir, eləcə də psixi proseslər bədənin bəzi reaksiyalarında əks olunur. Məsələn, əgər adam qəzəblənibsə, onun qaraciyər sistemi yüklənir.

- Psixisomatik sonsuzluğa tez-tez rast gəlinir?

- Psixisomatik sterilizə anlayışı var. Sonsuzluq problemi ilə yanıma qadınlar gələndə, psixoterapevtik baxımdan praktik olaraq 100% suallara cavab tapırıq. Bu, doğuşdan əvvəl bədənin dəyişməsi qorxusu ilə əlaqəli ola bilər.


Xəbərə aid fotolar