Alimlər: iqlim dəyişmələrinin səbəbi...


Digərləri 01 Mar 2019 23:15:00 335 0

Alimlər: iqlim dəyişmələrinin səbəbi...

Alimlərin əksəriyyəti qlobal istiləşmənin insan fəaliyyəti nəticəsində əmələ gəlməsinə şübhə etmir. Lakin siyasətçilər və adi insanlar arasında skeptiklər çoxdur. Onlar iqlim dəyişmələrinin reallığına heç də inanmır və ya onları təbii proseslərin nəticələri hesab edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq tədqiqatçılar komandasının nəticələrinə görə, qlobal istiləşmənin antropogen təbiətinin sübutu elmi idrakın "qızıl standartı"na yaxınlaşır. Yalnız milyonda bir şans var ki, bu, yanlış fərziyyədir.

Yer kürəsi səthinin temperaturu barədə 40 il ərzində əldə olunan peyk məlumatlarının təhlili zamanı bu nəticələr alınıb. Onlardan ikisinin "qızıl standart"a 2005-ci ildə, üçüncünün isə 2016-cı ildə çatması müəyyən olunub. Bununla belə, qlobal istiləşmənin alternativ izahı indi "sui-qəsd nəzəriyyəsi" kimi görünür.