Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur Müalicə vaxtında başlamalıdır!


Digərləri 01 Mar 2019 22:44:00 341 0

Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur  Müalicə vaxtında başlamalıdır!

Qalxanabənzər (tiroid) vəzin funksiyasının tam və ya hissəvi çatışmazlığı nəticəsində meydana çıxan xəstəliyə hipotireoz deyilir.

Onun əmələgəlmə səbəbləri tiroid vəzinin autoimmun xəstəlikləri, vəzin kəskin və ya yarımkəskin iltihabı prosesləri, vəzin funksiyasını azaldan bəzi dərmanların qəbulu, hər hansı bir səbəbə görə vəzdə aparılmış əməliyyatlar, beyin əsasında yerləşən hipofiz vəzinin bəzi xəstəlikləri ola bilər. Xəstəliyin etiologiyasında irsi faktorlar da istisna edilmir.

Son.az bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu xəstəlik barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Hipofizdən sintez olunan TSH hormonu tiroid vəzinin funksiyasına - hormon sintezinə nəzarət edir. Buna görə, adətən, tiroid vəzinin lazımi qədər işləyib-işləmədiyini bilmək üçün qandan TSH hormon səviyyələri yoxlanılır. Belə ki, TSH hormonunun yüksəkliyi vəzin fəaliyyətinin azaldığını göstərir".

Bir çox xəstəliklərlə ümumi zəiflik, halsızlıq, tezyorulma kimi ortaq əlamətləri olan hipotireozun orqanizmə vurduğu ziyan barədə məlumat verən həkim-endokrinoloq deyib: "Ürəyin "motor" funksiyasında və vurğusunda azalma, ürəkətrafı kisəyə maye toplanması baş verə bilər.

Xəstəlik, həmçinin mədə-bağırsaq sorulmasına təsir göstərib B qrupu vitaminlərinin və dəmirin sorulmasını pozaraq qan azlığına - anemiyaya səbəb olur.

Kişilərdə spermatozoidlərin aktivliyinə, qadınlarda isə yumurtalığın funksiyalarına təsir edərək sonsuzluğa səbəb olması da mümkündür.