Azərbaycan Prezidentinin problemli kreditlərlə bağlı fərmanı kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcək


Digərləri 01 Mar 2019 21:56:00 358 0

Azərbaycan Prezidentinin problemli kreditlərlə bağlı fərmanı kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman dövlət başçısının kiçik və orta sahibkarlara diqqət ayırmasının təsdiqidir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

İcraçı direktor bildirib ki, bu fərman bank olmayan kredit təşkilatlarını (BOKT) stimullaşdıracaq və bu təşkilatlara daha səmərəli və məsuliyyətli işləməyə kömək edəcək.

J.Hacıyeva qeyd edib ki, BOKT-lar əsasən kənd ərazilərində fəaliyyət göstərən təşkilatlar olduğu üçün, bu həm də kəndlərdə kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.