"İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin 78ci kitabı çapdan çıxıb


Siyasət 01 Mar 2019 21:32:00 164 0

"İlham Əliyev. İnkişaf  məqsədimizdir" çoxcildliyinin 78ci kitabı çapdan çıxıb

Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, həm də öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu çox əlamətdar hadisədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 78-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2017-ci il fevralın 2-də görkəmli dirijor maestro Niyazinin abidəsinin açılış mərasimindəki çıxışından götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin dekabrından 2017-ci ilin mart ayınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfəri və Davosda keçirdiyi görüşlər barədə informasiyalar, Forumun "İpək yolunun səmərəsi" mövzusunda interaktiv iclasında çıxışının mətni, Almaniyaya işgüzar səfəri zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda dəyirmi masada, "Avrasiyada əməkdaşlıq və problemlər" adlı panel müzakirədə çıxışlarının mətnləri daxil edilib. Panel müzakirədə dövlətimizin başçısı dünyanın diqqətini bir daha Qarabağ məsələsinə yönəldərək problemin ədalətli həllinə çağırış edib və bu məsələlərlə bağlı sualları cavablandırıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Belçika Krallığına, Qətər Dövlətinə və Pakistan İslam Respublikasına səfərlərinə dair materiallar, İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışının mətni yer alıb.

Çoxcildliyin 78-ci kitabında Prezident İlham Əliyevin ABŞ, Peru, Finlandiya, Estoniya, Fransa, İran, Pakistan və digər dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da verilib.

Oxucular bu kitabda ölkə rəhbərinin Əl-Cəzirə televiziyasına geniş müsahibəsinin mətni ilə tanış ola bilərlər.

Nəşrdə dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri, Ordubad, Culfa və Şahbuz rayonlarında, habelə ölkəmizin paytaxtında sosial infrastruktur obyektlərinin açılışında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsi ilə görüşünə dair informasiyalar toplanıb.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında söylədiyi nitqlərin mətnləri də bu nəşrə daxil edilib.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 78-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 78-ci kitabı çapdan çıxıb like
  • 01 Mar 21:27  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 78-ci kitabı çapdan çıxıb

Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də dah

arrow Ətraflı
Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb like
  • 01 Mar 21:23  
Digərləri Avstriyada meteorologiya tarixində ən isti qış günü qeydə alınıb

Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən

arrow Ətraflı
Ankarada böyük əməliyyat: like
  • 01 Mar 21:16  
Dünya Ankarada böyük əməliyyat:

Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı antiterror əməliyyatları keç

arrow Ətraflı
Burak Özçivit bacısı ilə like
  • 01 Mar 21:09  
Digərləri Burak Özçivit bacısı ilə

Aktyor Burak Özçivit bacısı Burçun Özçivitlə fotolarını yayımlayıb.

arrow Ətraflı
Keçmiş prezident Barak Obama boşanır like
  • 01 Mar 21:04  
Dünya Keçmiş prezident Barak Obama boşanır

Amerikanın The Nation nəşrində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə

arrow Ətraflı
Məşhurlardan İnstaqramda yeni dəb like
  • 01 Mar 21:01  
Digərləri Məşhurlardan İnstaqramda yeni dəb

Məşhurlar tez-tez İnstaqramda yeni axıma imza atırlar.

arrow Ətraflı
ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu like
  • 01 Mar 20:54  
Dünya ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu

Amerika Birləşmiş Ştatları Əl-Qaidə terror qruplaşmasının keçmiş lid

arrow Ətraflı
ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Azərbaycana gələcək like
  • 01 Mar 20:49  
Digərləri ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Azərbaycana gələcək

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti ravvin Mark Şnayer və “İq

arrow Ətraflı