Barselona Universiteti dünya fənn reytinqində ən yaxşı ispan ali məktəbi olub


Digərləri 01 Mar 2019 21:29:00 443 0

Barselona Universiteti dünya fənn reytinqində ən yaxşı ispan ali məktəbi olub

"Quacquarelli Symonds" (QS) şirkətinin hazırladığı universitetlərin dünya fənn reytinqi cədvəli dərc olunub. Bu siyahıda elmin 5 sahəsində 48 fənn üzrə 1200-dən çox ali məktəb yer alıb. Hər bir universitet üçün dörd göstərici - akademik reputasiya, işəgötürənlər arasında nüfuz, sitatgətirmə indeksi və ali məktəbin dünyada avtoriteti əsas götürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyadan ən yaxşı ali təhsil ocağı Barselona Universiteti hesab edilib. Bu ali məktəb dörd fənn - anatomiya və fiziologiya, arxeologiya, fəlsəfə, kitabxanaçılıq işi və dəftərxana işi üzrə dünyanın ən yaxşı 50 universitetindən biri olub. Ümumilikdə isə, Barselona Universiteti 27 fənn üzrə dünyanın ən yaxşı 100 universiteti arasındadır.

Barselona Universiteti ilə yanaşı, dörd fənn (dağ-mədən sənayesi, arxitektura, mühəndislik, avtomobil və aviasiya mühəndisliyi) üzrə dünyanın ən yaxşı 50 universiteti sırasına Madrid Politexnik Universiteti də daxil edilib.