ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu


Dünya 01 Mar 2019 20:54:00 340 0

ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu

Amerika Birləşmiş Ştatları Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama Ben Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat veriləcəyini elan edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ dövlət departamenti Həmzə Ben Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir.

Son bir neçə ildə o, müxtəlif səs və videoyazılar yayaraq, tərəfdarlarını ABŞ və onun Qərb ölkələrindən olan müttəfiqlərinə hücumlar həyata keçirməyə, atasının qisasını almağa çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatların xüsusi təyinatlı dəstəsi qaçaq düşmüş keçmiş Əl-Qaidə lideri Ben Ladeni 2011-ci ildə Pakistanda qətlə yetirib.