SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür


Digərləri 01 Mar 2019 20:37:00 314 0

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür

SalamNews İnformasiya Agentliyinin (www.salamnews.org) fəaliyyətə başlamasından 9 il ötür.

Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb.

Açıq rejimli internetdə Azərbaycan və rus dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir.

Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.