İrəvan iki ağanın nökəridir


Dünya 01 Mar 2019 20:24:00 275 0

İrəvan iki ağanın nökəridir

ABŞ Konqresi Ermənistana müvafiq sanksiyaları tətbiq etməkdən imtina edə bilər.

Son.az xəbər verir ki, bu sözləri rus politoloq, tarixçi Oleq Kuznetsov Ermənistanın Rusiya ilə imzaladığı hərbi müqaviləyə görə ABŞ sanksiyasına məruz qalma ehtimalı haqda Axar.az-a danışarkən deyib.

"ABŞ siyasi vəziyyətə uyğun olaraq tənzimlənə bilən bir struktura malikdir. Ancaq bu halda Ermənistan üçün siyasi baxımdan o qədər də xoş olmayan bir hadisə baş verəcək: beləliklə, Birləşmiş Ştatlar bütün dünyaya nümayiş etdirəcək ki, rəsmi İrəvan iki sahibin nökəridir - Rusiya Federasiyası və ABŞ. Əslində, bu elə indinin özündə də şübhə doğurmur.

İkinci variant isə odur ki, ABŞ bu müqaviləni görməzdən gələ bilər. Sözügedən müqavilə ilə bağlı atılacaq növbəti addımda hər şey aydın olacaq", - politoloq bildirib.