Elman Rüstəmov: "Azərbaycan bankları problemli kreditlərlə bağlı fərmandan ikiqat qazanacaqlar"


Digərləri 01 Mar 2019 20:00:00 316 0

Elman Rüstəmov: "Azərbaycan bankları problemli kreditlərlə bağlı fərmandan ikiqat qazanacaqlar"

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman ölkənin bank sektoruna böyük dəstək olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu yerli televiziya kanalına müsahibəsində Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov vurğulayıb ki, bu sərəncam bütün sektorun sağlamlaşdırılmasına müsbət təsir göstərəcək: "Bu, hazırda kapital problemi olan bəzi bankları bütünlüklə sağlamlaşdırmağa kömək edəcək"