Solari arxa qapıdan qaçdı


İdman 01 Mar 2019 19:50:00 449 0

Solari arxa qapıdan qaçdı

Real-ın baş məşqçisi Santyaqo Solari qəzəbli fanatlarla qarşılaşmamaq üçün gizli yolla aradan çıxıb.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Barcelona məğlubiyyətinə görə (0:3) çalışdırıcıdan izahat tələb edən fanatlar klubun məşq bazasının qarşısına toplaşıb. Solari avtomobilinə oturaraq arxa qapıdan qaçıb. Çalışdırıcı 2019-da baş məşqçi postunda Xulen Lopetegini əvəzləyib.