Pakistan əsir düşmüş hindistanlı pilotu azad etdi


Dünya 01 Mar 2019 19:27:00 304 0

Pakistan əsir düşmüş hindistanlı pilotu azad etdi

Pakistanın hakimiyyət orqanları əsir düşmüş pilotu Hindistanın ölkədəki səfirliyinin nümayəndələrinə təhvil verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda pilot Abhinandan Varthaman iki ölkə arasındakı Vaqa sərhəd-keçid məntəqəsindən Hindistan ərazisinə keçib.

Xatırladaq ki, fevralın 26-da Hindistan Hərbi Hava Qüvvələrinin 12 "Mirage-200" təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda "Ceyş-ə-Məhəmməd" qruplaşmasının düşərgəsinə hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu. Təyyarələrdən biri Pakistanın nəzarətindəki Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşmüş, pilot isə əsir götürülmüşdü.