Şahzadə Diananın zirehli limuzini satışa çıxarıldı


Dünya 01 Mar 2019 19:27:00 345 0

Şahzadə Diananın zirehli limuzini satışa çıxarıldı

Böyük Britaniya şahzadəsi Diananın zirehli "Rolls-Royce" limuzini, onun ABŞ-a səfər zamanı istifadə etdiyi avtomobili hərraca çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, avtomobilin 1987-ci ildə 100 mindən az kilometr məsafə qət etməsi barədə elan yerləşdirilib. Nəqliyyat vasitəsi heç vaxt yol qəzasına düşməyib.

Elit avtomobil 264 at gücünə malikdir. Limuzin sürücü ilə əlaqə sistemilə təchiz olunub.

Avtomobilin başlanğıc qiyməti 26 min dollardır.