BDU-da “100 innovativ tələbə” layihəsi başlayıb (FOTO)


Digərləri 01 Mar 2019 19:03:00 260 0

BDU-da “100 innovativ tələbə” layihəsi başlayıb (FOTO)

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən “100 innovativ tələbə” layihəsinə start verilib.

Bakı. Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən “100 innovativ tələbə” layihəsinə start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Bu məqsədlə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında universitetin bütün fakültələrindən seçilən istedadlı tələbələrin iştirakı ilə “İdeyadan biznesə” adlı təlim sessiyası başlanıb. İlk təlimi giriş sözü ilə layihənin rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova açaraq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirlər planından və layihənin əsas məqsədindən danışıb.