Ürəyi xəstə olanlar oxusun


Digərləri 01 Mar 2019 18:59:00 314 0

Ürəyi xəstə olanlar oxusun

Azərbaycanda ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xəstələr üçün məktəb yaradılıb.

Dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.